Millət şəxsiyyətini yetişdirir, şəxsiyyət də öz millətini dünyaya tanıdır. Bəli, Ulu Öndər Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir. O, dahi dövlət başçısı olmaqla yanaşı, eyni zamanda vətənpərvər bir insan olaraq hər kəsin ürəyinə yol tapmışdır. Heydər Əliyev hər bir işində azərbaycançılıq ideyasını əsas götürürdü.Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biridir. Türk dünyasının, ümumən sivil dünyanın qüdrətli şəxsiyyətidir.Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.Siyasət meydanında olduğu illər ərzində Ulu Öndər XX və XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır. Daim Azərbaycan maraqlarından çıxış edən görkəmli şəxsiyyət Moskvaya yüksək vəzifəyə seçiləndən sonra da Azərbaycanın milli dövlətçilik maraqlarını daha da yüksək səviyyədə müdafiə etmişdir. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda başlayan milli azadlıq mücadiləsi və bu müstəvidə yaşadığımız faciələr həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi və onların imkanlarından istifadə edilməsini tale yüklü məsələ kimi ortaya çıxardı. Bu məsuliyyətli və çətin məsələnin həllini öz üzərinə götürən görkəmli dövlət xadimi Heydər Əliyev qısa müddətdə tarixilik və müasirliyin tam vəhdətinə nail oldu. O, bu müstəvidə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsini Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.Azərbaycanın bir müstəqil dövlət kimi varlığı məhz Ulu Öndərin 1993-cü ildə hakimiyyətə ikinci qayıdısı dövründə qorunub saxlanıldı. Azərbaycançılığın bütöv bir xalqın, bütün dünyada yaşayan azərbaycanlıların, Ana Vətənlə əlaqəsi olan bütün soydaşlarımızın, həmvətənlərimizin milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi və Azərbaycan Respublikasında rəsmi dövlət quruculuğu praktikasında həyata keçirilməsi də məhz bu tarixi dövrdən başlanır. Bu dövrdən etibarən azərbaycançılıq milli dövlət quruculuğunu ayrılmaz komponentinə çevrilir, sosiai siyasi məzmun kəsb etməyə başlayır.Günümüzdə azərbaycançılıq əbədiyaşar ideologiyalardan birinə çevrilib və müasir dövlətimizin inkişafının əsasını təskil edir.Heydər Əliyevin özündən sonra Azərbaycan dövləti və gələcəyimizin əsas istiqamətlətindən biri kimi yadigar qoyduğu dünya azərbaycanlılarının əvəzsiz milli sərvəti olan azərbaycançılıq ideologiyası bu gün Azərbaycan dövlətçiliyini ideoloji əsasıdır. Azərbaycan dövləti, Azərbaycan xalqı bütün dünya üçün açıqdır. Dünyanın elə bir ölkəsi,elə bir guşəsi yoxdur ki, həmin yerlərdə bizim mədəni, mənəvi bağlılığımız olmasın.Bu gün dövlətimiz İlham Əlyevin rəhbərliyi altında çox düzgün olaraq özünü istər daxili, istərsə də xarici siyasətdə bu amilə xüsusi diqqət yetirir. Azərbaycançılıgı dövlətin strateji xətti kimi təsdiq edir.Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin düzgün yeritdiyi siyasət nəticəsində Müzəffər Ordumuz 30 il düşmən tapdağında olan torpaqlarımızı 44 gün ərzində azad etdi.Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki torpaqlarımız, Qarabagımız azaddır. Bu müharibə ilə Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Qarabağda, Şuşada üçrəngli bayrağımız dalğalandı. Məscidlərimizdə azan səsləri eşidildi. Reyhan Əliyeva, Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin müəllimi